-ne-istesen
  Hədis və açıqlaması4
 
DÖRDÜNCÜ HƏDİS Abdulla ibn Məsud r.a. dedi (s.a.v) bizə danışdı doğruların ən doğrusu və dedi“həqiqətən sizdən birinizin yaradılışı ana bətnində qırx gün nütfə sonra isə qan parçası və sonra isə ət parçası olur. Sonra ona mələk göndərilir,ruh üfürülür və dört kəlimə əmr olunur ruzisi əcəli əməli Cənnətlik yoxsa Cəhənnəmlikdir deyə yazılır.And olsun o Allaha ki ondan başqa ibadətə layiq ilah yoxdur.Həqiqətən sizdən biriniz Cənnət əhlinin əməlini işləyər o vaxta qədər ki onunla Cənnət arasında bir dirsək qalar və Cəhənnəm əhlinin əməlini işləyər Cəhənnəmə daxil olar.Həqiqətən sizdən biriniz Cəhənnəm əhlinin əməlini işləyər o vaxta qədər ki onunla cəhənnəm arasında bir dirsək qalar və Cənnət əhlinin əməlini işləyər və Cənnətə daxil olar”.Buxari Muslim. Bu hədis ona dəlalət edir ki insan 120 gün ərzində ana bətnində üç hal keçirir hər bir hal 40 gün olur.Birinci 40-da nütfə, ikinci 40-da qan parçası,üçüncü 40-da ət parçası olur və 120 gündən sonra mələk ona ruh üfürür və dört şeyi onun üçün yazır. Alahu təalə ana bətnində bu mərhələlərin olmasını çox yerdə zikr etmişdir.Alahu təalə deyir.“Ey insanlar!Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa həqiqətən biz sizi torpaqdan sonra mənidən sonra laxtalanmış qandan daha sonra müəyyən tam bir şəkilə düşmüş və düşməmiş bir parça ətdən yaratdıq ki, sizə göstərək...”(Həcc 5) Məsələ:Bu yerdə azəli açıqlamaq istəyirəm. Azəlin mənası evli kişinin yoldaşı ilə yaxınlaşarkən gələn mənini xaricə ifraz etməkdir. Amma hökmünmə gəldikdə isə məkruhdur.Əgər ehtiyac üzündən mənini xaricə ifraz edərsə onda məkruh olmur.Buna dəlil “Cabir r.a. deyir ki (s.a.v) vaxtında Quran nazil olurdu və bizdə əzəl edərdik.”Buxari Yəni Cabir r.a. demək istəyir ki biz əzil edərdik (s.a.v) var idi Quranda nazil olurdu.Lakin bir nəhi gəlmədi. Məsələ: Amma bəzi insanlar ana bətnindəki uşağı saldırırlar və bunu da balaca bir şey kimi bilirlər lakin bu belə deyil. Ana bətnindəki olan uşağın üç halı var. 1.Nütfə halında olan vaxt əgər Ana bu vaxta abort istəyirsə etmək məkruhdur. 2.Ruh verilməmişdən əvvəl lakin insan halına yaxınlaşıb bu vaxt abort etmək haramdır.Lakin ananın ölüm təhlükəsi varsa və ölüm təhlükəsinin faizi yuxarı olarsa bu halda abort etmək icazəlidir. 3.Ruh verilmişdən sonra bu halda abort haramdır nə olursa olsun caiz deyil.Ona görə ki kim bunu edərsə insan öldürmüş kimi olur.Allahu təalə Quranda neçə neçə yerdə insan öldürməyin haram olması və onu şiddətli əzabla müjdələyir. Bəzi alimlərin fikrinə görə üçüncü halı zərurətdə icazə verirlər.Məslən ananın ölüm təhlükəsi varsa vəbuna bənzər şeylərdə abortı caiz görürlər.Dəlili ananı uşaqdan üstün tutmalarıdır.Amma bunlara qarşı dəlil Quran və sünnəyə görə və ağılı dəlildir.Ananın ölmü zənnidir uşağın ölmü isə qətidir və bu zənnlə qəti bir işə əməl etmək olmaz. Məsələ: Hamilə qadın uşağını vaxtında tez və yaxudda 120 gündən əvvəl qoyarsa ondan gələn qan nifas sayılırmı? 1.Əgər 120 gündən sonra qoyarsa o qan nifas sayılır və o uşaq üçün digər ölülər üçün olunan şeylər edilir.Məs.Yumaq,kəfənnəmək,namaz. 2.Əgər 120 gündən əvvəl uşağı düşərsə o halda baxılırki onun insana oxşar üzvləri onda varmı.Əgər varsa onda o qan nifas sayılır.Əgər əlamətlər yoxdursa o qan adi qan sayılır onunla namaz tərk olunmaz Diqqət! Uşaq üçün namaz ancaq 120 gündən sonra olur. Hədisin axırına gəldikdə isə (s.a.v) deyir həqiqətən əməllər son əməllərə görədir.Buxari Buna görə də insan gərək axır nəfəsinə kimi çalışsın və etdiyi ibadətdən gürurlanmasın.Neçə-neçə insalar oldu ki ölüm ayağında küfr edərək öldü.Allah təalə deyir.“Rabinə ölüm gələnədək ibadət et” bu ayət (s.a.v) xitab olunub əgər Rəsululaha belə xitab olunubsa bəs onda biz necə?.Bəzi sufilərə görə insan hansısa bir dərəcəyə nail olduqda ibadətə ehtiyac yoxdur deyirlər.Bu batil bir fikirdir.Əgər Rəsululaha ölüm gələnə kimi ibadət etmək əmir olunubsa başqa insanlar bundan dahada sorumludurlar.Bunun üçün insan ağıl başından çıxana qədər ibadət etməlidir. İbni Useymin deyir ki həyatda olan alimin sözüdən ölən alimin sözü daha etibarlıdır.Ona görə ki ölən artıq sözündən dönə bilməz amma həyatdaki tez-tez rəyindən dönər. Buxari vəMuslim də gələn hədis də döyüşlərin birində səhabələrdən birisi çox fəal çıxış etmişdir.Səhabələr dedilər ki filankəs kimi hə şeyi yerinə yetirən olmadıq (s.a.v) dedi O Cəhənnəm əhlindəndir.Onlardan birisi dedi.Mən onunla olacam və izləyəcəm həmən insan ağır yaralandı ağırıya dözmədən qılıncın arxasını yerə qoyub ucunu iki döş arxasına qoyaraq özünü öldürdü və həmi səhabə Rəsulullahın gəldi və dedi həqiqətən sən Allahın elçisi sən və ona qissəni danışdı və hədisin axırını hədisdəki kimi bitirdi.
 
 
  Bugün 11 ziyaretçi (14 klik) kişi burdaydı!
SAYTIMIZA XOŞ GƏLMİSİZ . DOST SAYTLAR www.zaqatala.azersayt.com///www.3-tala-mektebi.tr.gg www.zaqatala.azersayt.com www.zaqatalammenim.azeriblog.com www.islam.azeriblog.com www.zaqatala-seyahetklubu.tr.gg www.alazan.s5.com www.zaqatala.tr.gg www.zaqatlali.cbox.ws (chat)///Copyright
Andrei512 - Открытое ПО
 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol