Bu bölmədəki hədis və açıqlaması "40 hədis" adlanan topludan götürülmüşdür.
CİBRİLİN HƏDİSİ
B
u hədis böyük mənalıdır dini şamil olaraq bütünlüklə şərh edir və buna görədə (s.a.v)hədisin axırında belə dedi bu Cabraildir sizə dininizi öyrətmək üçün gəlmişdir. İslamın, imanın və ehsanın dərəcələrini şərh etdikdən sonra bunnların hamısını din adlandırdı.
Amma İsalamı isə belə təfsil etdi.Sözlərdən və əməllərdən ibarət olan zahiri əməllərdir.
Birincisi şahədət gətirmək bu dilin əməlidir. İkincisi namaz, zəkat, oruc həcc bunlar isə bədən üzvlərinin əməlləridir.
Bəzi hədislərdə gəlirki səhabə soruşur əgər mən bunların hamısını yerinə yetirsəm müsalman olurammı?(s.a.v)belə cavab verdi bəli.və bu ona dəlalət edirdi ki kim İslamın beş rükununa əməl edərsə o həqiqi müsalman olur amma tək şəhadəti gətirərsə o hökmən müsalman olur.
İmana gəldikdəisə belə təfsir etdi.Bu batili etiqadlardır.Məsələn Allaha iman, mələklərinə, kitablarına,peyğəmbərlərinə,qiyamətə və qədərə imandır.
Allahu təalə deyirki: “Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü gün çıxana və gün batana tərəf çevirməkdən ibarət deyildir.Yaxşı əməl sahibi əslində Allaha Axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inandır”... (Bəqarə 177)
Əhli sünnəyə görə iman dillə deyilir, qəlblə təsdiq olunur və əmmələ göstərilir.
Ehsan isə qul Allahı görmüş kimi ibadət etməlidir və buda bütün möminlərdə hasil olmur. Abubəkir (r.a)-dan deyirlər ki çox namazı və çox orucu olan kimsə deyildir lakin onun sinəsində iman yer tutmuşdur.
Ömərin oğlu Abdullahdan soruşurlar.Səhabələr gülürdülərmi bəli dedi. Lakin iman onların qəlbində dağlara bənzərdi.
Cəbrail qiyamət saatını soruşduqda (s.a.v) sözündən belə başa düşüldüki bütün yaradılışların elmi qiyamət saatının nə vaxt olmasında eynidir və bu ona dəlalət edirki Allahu təalə qiyamət saatının elmini heç kəsə bildirməyib.
Allah təalə deyiki:Həqiqətən qiyamətin qopacağı vaxtı ancaq Allah bilir.(Loqman 34)
Sonra əlamətlərini soruşdu o əlamətlər ki qiyamətin yaxınıaşdığını bildirir.
1. Qul qadının öz ağasını doğması.
2. Ayaq yalın çıplaq çobanların bina tikdikdə yarışması.Bu o deməkdirki, ən aşağı insanların böyük olmarı və mallarının çoxalmasıdır.Yəni Qiyamətə yaxın işlər öz əhlinə verilməyəcək (s.a.v)-dən qiyamət saatını soruşduqda belə dedi əgər işlər öz əhlinə verilmirsə onda qiyamət saatını gözlə.Başqa hədisdə belə deyilir(İnsanlar binalar tikməkdə yarışmayınca qiyamət saatı qopmaz.)Buxari.
Ömər(r.a) rəvayət olunmuş hədisdə (s.a.v)deyirki İslam beş şey üzərində bina olmuşdur.Şəhadət gətirmək, namaz qılmaq, oruc tutmaq, zəkat vermək,gücü yetdikdə həccə getməkdir.
Əvvəlki hədisdə islamla bağlı məsələləri qeyd etdik amma şəhadət gətirmək dedikdə isə məqsəd Allaha və Rəsuluna iman gətirməkdir.
Amma namaz qılmağa gəldikdə isə çox hədislər var ki, kim onu tərk edərsə kafir olar və buna görədə insan gərək ehtiyat etsin namazından qalmasın və insanları namaz qılmağa dəvət etsin.(s.a.v) (deyir ki dinin başı islamdır və onun dirəyi isə namazdır)səhih
Bəziləri deyirlərki islamın altıncı rükunu cihaddır lakin o isalmın rükunu deyil.İki şeyə görə
1.Cihad fərzi kifayədir cumhur alimlərə görə fərzi ayin deyil necəki islamın rükunları kimi
2.Cihad dünyanın axırına kimi deyil əksinə nə vaxt ki İsa əleyhissalam enəcək onda İslam millətində başqa millət qalmayacaq və buna cihad lazım olmayacaq.Amma islamın ərkanları davam edəcək və bununla cihad İsalmın altıncı rükunudur deyənlərə cavab belədir və bunu ancaq yer üzündə fəsad törədənlər deyir.Necəki bu gün yer üzündə belə deməklə insanlar arsında təfriqə salırlar və müsalmanları bir-birilə ilə düşmən və qanlarını hala görürlər.Allah bizləri onların şərindən qorusun.
|