-ne-istesen
  İslamda vətən sevgisi
 
İSLAMDA VƏTƏN SEVGİSİ Əziz müsəlman qardaşlarım.Dinimiz bizə verdiyi bir sıra vəzifələr vardır.Vətəni qorumaq və lazım olduğu zaman onun uğrunda vuruşaraq ölmək bu vəzifələrin ən vaciblərindən biridir..Çünki din,namus və müstəqillik kimi müqəddəs şeylər yalnız vətən sayəsində mühafizə edilə bilər. Buna görədə,inanan insanlarolaraq,vətən naminə edə bilməyəcəyimiz heç bir fədəkarlıq yoxdur. Vətəni qorumaq üçün əsgərliyə getmək milli olduğu qədər də dini bir vəzifədir.Çünki vətənin müdafiəsi eyni zamanda dinin də müdafiəsidir. “Dinimiz əsgərliyə böyük əhəmiyyət vermişdir.Sərhəddə bir gün növbət gözləmənin bir ay gündüz nafilə oruc tutub gecə ibadət etməkdən daha çox savab oiduğunu Peyğəmbərimiz Məhəmməd (s.a.s) muştuluqlamışdır. Əsgərlik həm də müharibəyə bir hazırlıqdır.Vətən naminə vuruşmaq isə Allahın əmridir.Pey ğəmbərimizə hansı davranışın daha üstün olduğunu soruşan birinə ,o:”Allaha inanmaq vəonun yolunda cihad etmək”,deyə buyurmuşdur. Düşmənlə vuruşmaq və şəhid olmaq nə qədər böyük mükafata layiqdirsə müharibədən qaçmaq da o qədər böyük günah sayılmışdır. Allahu-Təalə Qurani –kərimdə belə buyurur.”Ey iman gətirənlər !Kafirlərlərin bir yerə toplaşdıqları vaxt onlarla rastlaşsanız ,Dönüb onlardan qaçmayın! (Düşməni aldatmaq məqsədilə yalandan özünü qaçan kimi göstərib) təkrar döyüş üçün bir tərəfə çəkilən və ya (kömək məqsədilə müsəlmanlardan ibarət) başqa bir dəstəyə qoşulan istisma edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa ,sözsüz ki, Allahın qəzəbinə uğramış olar. Onun məskəni Cəhənnəmdir.Ora nə pis dönüş yeridir.!” Vətən üçün döyüşürkən ölənlərə şəhid deyilir.Şəhidlik isə bir müsəlmanın bu dünyada nail ola biləcəyi ən uca mərtəbədir. İslam tarixində bu mövzu ilə əlaqədar belə bir hadisə olmuşdur.”Təbuk səfərinə üzrlü səbəbləri olmadığı halda getməyən Kab b.Malik,Murarə b.ər-Rəbi,və Ümeyyə əl-Vaqifi Peyğəmbərimiz tərəfindən çox ağır bir şəkildə cəzalandırılmışdır.Peyğəmbərimiz onları cəmiyyətdən ayırmış ,müsəlmanların onlarla danışmasını qadağan etmişdir.Bazarda ,dükanda gəzərkən heç kəs onlara salam verməzdi.İçində yaşadiqları cəmiyyətin bu münasibətindən çox sıxılmışdılar.Allaha yalvarır,günahlarının bağışlanmasını istəyirdilər. Nəhayət,əlli gündən sonra Allah-Taala tövbələrini qəbul etmiş və onları bağışlamışdır. Bu hadisəyə şahid olanlar bundan böyük dərs almışdır, bundan sonrakı səfərlərdən üzrsüzsəbəblə yayınan olmamışdır. Əziz Müsəlman qardaşlarım! Buna görədə vətənimizi dinimizin bir vəzifəsi olaraq göz bəbəyi kimi qoruyaq.Əsgəri xidmətdən yayınmayaq.Çünki vətənimizi qorumaq ,öz ailəmizi,öz ölkəmizi ən əsası isə öz dinimizi qorumaq deməkdir. Allh hər birimizi eşidib faydalananlardan etsin.Hər birimizi qəlbində vətən sevgisini yaşamağa nəsib etsin.
 
 
  Bugün 4 ziyaretçi (4 klik) kişi burdaydı!
SAYTIMIZA XOŞ GƏLMİSİZ . DOST SAYTLAR www.zaqatala.azersayt.com///www.3-tala-mektebi.tr.gg www.zaqatala.azersayt.com www.zaqatalammenim.azeriblog.com www.islam.azeriblog.com www.zaqatala-seyahetklubu.tr.gg www.alazan.s5.com www.zaqatala.tr.gg www.zaqatlali.cbox.ws (chat)///Copyright
Andrei512 - Открытое ПО
 
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol